Səhiyyə Nazirliyi partlayışdakı yaralılarla bağlı açıqlama verdi

Səhiyyə Nazirliyi partlayışdakı yaralılarla bağlı açıqlama verdi

8 Sentyabr 2014 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar rəsmi açıqlama yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya ya açıqlamasında deyib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər - ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır. Bu vaxta kimi hadisə yerində ölən olmayıb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

Mediainfo.az