Ukrayna ordusu sürətlə geri çəkilir

Ukrayna ordusu sürətlə geri çəkilir

8 Sentyabr 2014 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu ölkənin şərqində bir neçə yaşayış məntəqəsini tərk edib. Separatçı rejimə məxsus Novorossiya agentliyinin məlumatına görə, ordu Luqansk vilayətinin bir neçə kəndindən çıxıb. Privetnoye, Pankovo, Stukalova Balka, Svetloye, Oboznoye və Xristovo kəndləri tamamilə boşaldılıb. Hazırda Ukrayna Silahlı Qüvvələri Markovka, Novopskov, Belovodsk, Novoaydar, Severodonetsk, Starobelsk, Svatovo kəndlərini tərk etməkdədir.

Hələlik məlumat rəsmi qaydada təsdiqini tapmasa da, Ukrayna ordusunda vəziyyətin qənaətbəxş olmadığı bildirilir.

Mediainfo.az