
Nikaraquaya diametri 12 m olan meteorit düşdü
Nikaraquanın paytaxtı Manaqua şəhərinə səma cismi düşüb. İnterfax-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, nazirlər kabinetinin mətbuat katibi Rosario Murilyo meteoritin paytaxtın hava limanının yaxınlığında meşəlik əraziyə düşdüyünü bildirib. Bu hadisə yüksək gurultu ilə müşayiət olunub. Diametri 12 m olan meteorit 5.5 m dərinlikdə yarğan (krater) yaradıb.
BBC-nin NASA-nın məlumatlarına əsasən yaydığı xəbərə görə, şənbə günü Yer planetinin üzərindən təxminən beşmərtəbəli bina ölçülərində "2014 RC" asteroidi uçub. Asteroid Bakı vaxtı ilə saat 23:18-də Yeni Zellandiya ərazisindən uçarkən yerə daha yaxın olub. Nikaraquaya düşən meteoritin məhz həmin asteroiddən qopduğu ehtimal edilir.
Mediainfo.az
Digər xəbərlər