Şadlıq evlərindən götürülən nümunələrdə mikrobioloji çirklənmə

Şadlıq evlərindən götürülən nümunələrdə mikrobioloji çirklənmə

14 İyun 2011 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sanitar-epidemioloji xidmət orqanları tərəfindən bu ilin 5 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitar norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 225 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Nəticədə 112 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 41 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2650, mikrobioloji göstəricilərinə görə 1409, toksikoloji göstəricilərinə görə 296, radioloji göstəricilərinə görə 61 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 31-də orqanoleptik və fiziki-kimyəvi, 29-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 5805 yaxma nümunəsi, 81 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 84-də mikrobioloji çirklənmə aşkar edilib. 5 ay ərzində əhali arasında 258 qida zəhərlənməsi hadisəsi baş verib, 325 nəfər zərərçəkən olub. O cümlədən 17 botulizm hadisəsi baş verib, bundan 35 nəfər zərərçəkən olub.

Bu dəfə şadlıq sarayından gələn xəbər bizi şad etmədi. Əslində toyda pul yazdırmaq da adamı şad eləmir.

Tofiq Əliyev

O.M.