
Suriyaya döyüşməyə gedən azərbaycanlı güləşçi ailəsinə zəng vurub
Suriyaya gedən peşəkar güləşçi Rəşad Baxşəliyev ailəsinə zəng edib.Bu barədə azvision.az-a idmançının ailəsi məlumat verib. Srağagün anasına telefon açan R.Baxşəliyev vəziyyətinin yaxşı olduğunu bildirib.
"Ana, hər şey yaxşıdır, narahat olmayın məndən. Tez-tez zəng edə bilmirəm buradan. Yaxşıyam, heç bir problemim yoxdur", - deyə, güləşçi anası ilə söhbətində bildirib.
Əslən Kəlbəcər rayonundan olan R.Baxşəliyev dəfələrlə respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçidir.
Xatırladaq ki, o, Suriyaya Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün ailəsi və körpə uşağı ilə birgə gedib.
Mediainfo.az
Digər xəbərlər