
“İŞİD” liderindən biri Mosulda öldürülüb
"İslam dövləti" qruplaşmasının liderlərindən biri Abu Hacir əs-Suriy Mosul şəhərində öldürülüb.Apa-nın İTAR - TASS-a istinadən verdiyi məlumata görə, İraq müdafiə nazirliyi terrorçunun ABŞ aviasiyasının zərbələri nəticəsində öldürüldüyünü açıqlayıb.
Qeyd edək ki, ABŞ hərbi-hava qüvvələri son günlərdə "İslam dövləti" qruplaşmasının mövqelərinə 123 zərbə endirib.
Mediainfo.az
Digər xəbərlər