DİN Daxili Qoşunların hərbi qulluqçuları medalla təltif olunub -FOTO

DİN Daxili Qoşunların hərbi qulluqçuları medalla təltif olunub -FOTO

4 Sentyabr 2014 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Daxili Qoşunların bir qrup hərbi qulluqçusu "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və "Qüsursuz xidmətə görə" medalının 1-ci, 2-ci, 3-cü dərəcələri ilə təltif olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, bu gün Daxili Qoşunların Baş İdarəsində nazir müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov medalları hərbi qulluqçulara təqdim edib.

Təqdimetmə mərasimdə şəxsi heyət qarşısında çıxış edən general-mayor Ş. Məmmədov təltif olunan hərbi qulluqçuları bir daha təbrik edərək onlara xidməti-döyüş fəaliyyətlərində uğurlar arzulayıb.

Mediainfo.az