Qardaşının təzyiqlərinə dözməyib evdən qaçan uşaq tapıldı

Qardaşının təzyiqlərinə dözməyib evdən qaçan uşaq tapıldı

4 Sentyabr 2014 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qardaşı tərəfindən döyüldüyü üçün evdən qaçan uşaq tapılıb. Bu gün səhər saatlarında Bakı şəhər sakini Səadət Cəfərova ANS TV-yə gələrək 8 yaşında oğlan uşağını tapdığını bildirirdi. O tapdığı azyaşlını da özü ilə gətirib.
Uşaqla söhbət zamanı aydın olub ki, adı Anardır. Qardaşı tərəfindən tez-tez döyüldüyünü üçün evdən qaçdığını deyən uşaq geri qayıtmaq istədiyini qeyd edib. Anar həmçinin onu da bildirib ki, valideynləri yoxdur. Atası çoxdan rəhmətə gedib və o qardaşı ilə qalır.

Mediainfo.az