Sürücülər, başqa yollardan istifadə etməyiniz məsləhətdir

Sürücülər, başqa yollardan istifadə etməyiniz məsləhətdir

4 Sentyabr 2014 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəryolservis" ASC-dən NİİM-ə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Fətəli xan Xoyski küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Akademik Həsən Əliyev küçəsindən istifadə etmələri tövsiyə olunub.

Mediainfo.az