Nazirin Eldəniz Quliyevlə bağlı şikayətinə baxılıb
Bu gün Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri və kinorejissor Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.
R. Usubovun vəkili Əlirza Həbilovun verdiyi məlumata görə, hakim Xanım Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilib.
İş üzrə məhkəmə prosesi isə sentyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, Eldəniz Quliyev bir neçə gün əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Lakin müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb.
Mediainfo.az











































































.jpg)

.jpg)


.jpg)












