Şəhidlər Xiyabanına kameralar quraşdırıldı

Şəhidlər Xiyabanına kameralar quraşdırıldı

2 Sentyabr 2014 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Şəhidlər Xiyabanında artıq Daxili İşlər Nazirliyinin müşahidə kameraları quraşdırılıb. Bu barədə Mediainfo.az-a DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.
E.Zahidov bildirib ki, gələcəkdə belə halların baş verməməsi, eləcə də qeyd olunan əraziyə mütəmadi nəzarətin həyata keçirilməsi məqsədi ilə müqəddəs məkanlarımızdan olan Şəhidlər xiyabanında artıq Daxili İşlər Nazirliyinin müşahidə kameraları quraşdırılıb.
"Avqustun 21-dən 22-nə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin törədilməsi faktı ilə bağlı cinayət işi başlanıb və təqsirkarın müəyyən edilərək cəzalandırılması istiqamətində tədbirlər davam etdirilir", deyə Ehsan Zahidov bildirib.
Xatırladaq ki, göstərilən tarixdə naməlum şəxslər İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Mediainfo.az