
Dünya xəritəsində yeni dövlət yaranır
Dünya xəritəsində "Yubkalı kişiləri" təmsil edən yeni dövlət yaranmaq ərəfəsindədir. Böyük Britaniya krallığının tərkibində olan Şotlandiya artıq müstəqil olmaq haqda ciddi düşünür. Bu barədə referendum 2014-cü ilin 18 sentyabr tarixində keçiriləcək. The Times qəzetinin məlumatına görə, Britaniyanın "YouGov" sosial araşdırma şirkətinin apardığı sorğular müstəqillik tərəfdarlarının durmadan artmaqda olduğunu göstərir. 28 iyul 01 sentyabr tarixləri arasında Şotlandiyanın 1063 sakini arasında keçirilən sorğular bunu deməyə əsas verir. Belə ki, avqustun əvvəllərində respondentlərin 60%-i müstəqilliyin əleyhinə səs verəcəklərini bildirsələr də, ayın ortasında bu rəqəm 57%-dək endi. Ayın sonunda isə müstəqillik tərəfdarlarının faizi 47-dək yüksəldi. Analitiklərin fikrincə, bu tendensiya onu deməyə əsas verir ki, referenduma qədər Şotlandiya əhalisinin 50%-dən çoxu müstəqilliyə səs verəcək. Bu isə "Yubkalı kişilər"ölkəsinin Böyük Britaniya krallığının tərkibindən rəsmən çıxması demək olacaq.
Mediainfo.az