Avqustda 12 nəfəri gün vurub

Avqustda 12 nəfəri gün vurub

1 Sentyabr 2014 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Avqust ayı ərzində 20 nəfəri gün vurub, onlardan 12-si xəstəxanaya yerləşdirilib. Bunu apa - ya açıqlamasında Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

O bildirib ki, ötən ay müraciətlərin əksəriyyəti həmişə olduğu kimi ürək-damar xəstəlikləri ilə bağlı olub. Belə ki, havaların isti keçməsi ilə əlaqədar ürək-damar xəstələrinin sayı artıb.

Avqust ayında həmçinin 11 nəfəri ilan sancıb. Onlar xəstəxanaya yerləşdirilib. Bundan başqa ötən ay ərzində 19 nəfəri həşərat sancıb. Onlardan 15 nəfər xəstəxanaya yerləşdirilib.

Mediainfo.az