Bir həftə  əvvəl qəzada yaralanan uşaq ölüb

Bir həftə əvvəl qəzada yaralanan uşaq ölüb

1 Sentyabr 2014 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda azyaşlı uşaq yol qəzasında ölüb. Apa - nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 24-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini İlham Nağıyev idarə etdiyi VAZ-2108 markalı avtomobillə yolu keçən rayon sakini Murad Aslanovu və onun azyaşlı oğlu Gündüzü vurub. Xəstəxanaya yerləşdirilən uşaq avqustun 31-də orada dünyasını dəyişib.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az