İŞİD-ə ağır itki üz verib

İŞİD-ə ağır itki üz verib

1 Sentyabr 2014 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ağır itiklər verib. Belə ki, İŞİD döyüşçüləri İraqda könüllü şiə milislər və İraq əsgərləri ilə toqquşub. Amerli bölgəsində baş verən qarşıdurmalarda İŞİD tərəfindən 60 döyüşçüsü öldürülüb və 36-ı isə əsir düşüb.

İŞİD-ə qarşı döyüşən təhlükəsizlik gücləri və şiə milislərindən isə 16-sı ölüb və 36 -sı yaralanıb. Şəhər ətrafında baş verən qarşıdurmada yaralananlar Tuzhurmatu xəstəxanasına aparılaraq müalicə edilib.

Döyüşlər zamanı İŞİD qüvvələrinin əlində olan türkmənlərin yaşadığı Amerli qəsəbəsi mühasirədən çıxarılıb. 20 min nəfər türkmənin yaşadığı qəsəbə yenidən İraq ordusunun nəzarətinə keçib.

Mediainfo.az