Tualetdə meyit tapıldı

Tualetdə meyit tapıldı

14 İyun 2011 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Bakı Dəmir Yolu Vağzalının tualetində gənc oğlan meyiti tapılıb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Təxminən 25-28 yaşında olan mərhumun dozadan artıq narkotika qəbul etdiyinə görə öldüyü ehtimal olunur. Meyitin xarici müayinəsi zamanı onun qollarında iynə yerləri aşkarlanıb. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Çirkaba bulanan həyat çirkabda da sona yetir.

Tofiq Əliyev

O.M.