İki ildir Suriyada əsir saxlanılan jurnalist azad olundu
Suriyada iki ildir girov saxlanılan ABŞ-lı jurnalisti sərbəst buraxılıb. Belə ki, BMT iki il əvvəl Suriyada əsir götürülən amerikalı müstəqil jurnalist Piter Teo Kurtisin azad edilməsini təsdiqləyib. BMT sülhməramlıları jurnalisti Colan yüksəkliklərinə aid ərazidə əl-Rafid kəndində təhvil alıblar. Qeyd edək ki, 45 yaşlı müstəqil jurnalist Piter Kurtis 2012-ci ildə Türkiyə-Suriya sərhədi yaxınlığında "ən-Nusra Cəbhəsi"nin yaraqlıları tərəfindən əsir götürülmüşdü.
Mediainfo.az
Digər xəbərlər






























































































