Şəhid qəbirlərinin təhqiri ilə bağlı cinayət işi başlanıb
Avqustun 21-dən 22-nə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən apa -ya verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, naməlum şəxslər İlham və Fərizənin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər.
Mediainfo.az
Digər xəbərlər



































































.jpg)
.jpg)
.jpg)
























