Hacıqabulda piyadalar vuruldu

Hacıqabulda piyadalar vuruldu

19 Avqust 2014 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabulda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lent.az -ın Daxili İşlər Nazirliyin saytına istinadən məlumatına görə, avqustun 18-də Hacıqabul rayon Muğan qəsəbəsində qəsəbə sakini Ağanur Həsənov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Nahid Əmiraslanovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Digər bir yol nəqliyyat hadisəsi Padar kəndində baş verib. Ağstafa rayon sakini Əkbər Dünyamalıyev idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əli Həsənovu vurub. Piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma başlanıb.

Mediainfo.az