Azyaşlı oğru saxlanıldı

Azyaşlı oğru saxlanıldı

19 Avqust 2014 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bir sıra oğurluq faktları törətmiş 14 yaşlı Ağsu rayon sakini saxlanılıb.

Mediainfo.az DİN saytına istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dilşad Əhmədovaya məxsus noutbuku, Elnarə Katibliyə məxsus mağazadan pul, noutbuk və 26 ədəd tutuquşu, Sevil Sadıqovaya məxsus dərzi atelyesindən geyim və məişət əşyaları, habelə Valeh Əliyevə, Mahir Hüseynova və Rahil Səfərova məxsus avtomobillərdən pul, mobil telefon və sənədlər oğurlamış Ağsu rayon sakini, 14 yaşlı Ə.B. saxlanılıb, izahatı alındıqdan sonra buraxılıb.

Mediainfo.az