78 min manatlıq dərman müsadirə olundu

78 min manatlıq dərman müsadirə olundu

15 Avqust 2014 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət sərhədindən qeyri-qanuni şəkildə 78 min manatlıq dərman preparatının keçirilməsinin qarşısı alınıb.

DSX-dən verilən məlumata görə, hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda həyata keçirilən rejim tədbirləri çərçivəsində avqustun 7-də "Samur" sərhəd nəzarəti məntəqəsinin xidməti ərazisində gizlədilmiş halda və qanunsuz keçirilməsi üçün yığılmış 4 ədəd bağlamada ümumi çəkisi 80 kq olan dərman preparatları aşkar olunaraq görülüb.

Eləcə də avqustun 10-da saat 05:10 radələrində Qazax rayon ərazisində yerləşən "Sınıq körpü" sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında sərhəd naryadı tərəfindən Kür çayında 1 nəfər naməlum şəxsin 2 ədəd qayıqla Gürcüstandan Azərbaycan istiqamətində sərhəddi pozmağa cəhd etməsi müşahidə olunub. Sərhəd naryadı şəxsi saxlamaq istəyərkən o, qayıqlardan birində geri üzməyə nail olub. Digər qayığa baxış zamanı 95 ədəd "Tsarskaya vodka" markalı araq və 26 qutu müxtəlif adda pirotexniki vasitələr aşkar olunub.

Qeyd edək ki, iki faktla bağlı DSX tərəfindən araşdırma aparılır.

Mediainfo.az