
Marşrut avtobusu Kamazla toqquşdu
Suraxanı rayonunda yol nəqliyyat hadisəsi baş verib. "Daewoo" markalı marşrut avtobusu ilə "Kamaz" markalı yük maşını toqquşub. Qəza nəticəsində avtobusun sürücüsü və onun sərnişinləri - Gülnarə Dadaşova, Ülviyyə Dadaşova, Seyidnisə Dadaşova və Sevda Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
Kamazla marşrut avtobusun marşrutları düz gəlmədi.
Tofiq Əliyev
O.M
Digər xəbərlər