Radio Avropa.az-ın canlı yayımında gərginlik yaşandı

Radio Avropa.az-ın canlı yayımında gərginlik yaşandı

11 İyun 2011 18:08
Bəyəndim (0) Bəyənmədim (0)
Kim öndədir - qəzet, sayt, yoxsa radio?

Bu gün Avropa.az radiosunun canlı efirində internet jurnalistikası mövzusu müzakirə olundu. "Qonağım ol" verilişinin qonaqları Mətbuat firmasının redaktoru Emil Tahiroğlu, SƏS informasiya agentliyinin və Siasport-un redaktoru Elgün Vidadioğlu, Avropa.az radiosunda "Romantik time" verilişinin aparıcısı Dj Anka oldular.

Veriliş ilk dəqiqələrdən mövzuya girişlə başlasa da, sonradan müzakirə qızğın xarakter aldı. Hətta bəzi məqamlarda mübahisəyə də çevrildi. Emil Tahiroğlu qəzet jurnalistikasının daha çox yayıldığını və bu günün statistikasına görə internet oxucularından qat-qat çox olduğunu bildirdiyi halda, SİA nümayəndəsi informasiyanın operativliyi baxımından saytların qəzetlərdən üstün olduğunu qeyd etdi. Avropa.az-ın təmsilçisi hər iki opponentinin fikrinə zidd olaraq internet radiosunun daha geniş kütlələrə xitab etdiyini vurğuladı. O, fikrini onunla izah etdi ki, 1 kompüterdə 1 insan məlumat oxuya bildiyi halda, eyni anda radioya bir neçə adam qulaq asa bilər. Verilişdə yaranan gərgin atmosfer aparıcıların zaman-zaman müdaxiləsi və replikaları ilə sovuşurdu...

I, II və ya III olmaq şərt deyil. Əsas odur ki, hər üç yer medala layiqdir. Hər birinizə daim qalib olmaq arzusu ilə

Hafiz Əhmədov

O.M.