Dağıstanda ağır qəzada 7 nəfər ölüb
Dağıstanda ötən gün baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. "Gazeta.ru"nun verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-i xəbər verib.
Məlumata görə, ötən gün Bakı vaxtı ilə 22.30-da "Qafqaz" magistral yolunun Babayurt rayonu Gəmbətübə kəndi ərazisindən keçən hissəsində BMW və Lada Priora markalı avtomobillər toqquşub.
Hadisə yerində əməliyyat-isintaq qrupu çalışır, qəzanın səbəbləri araşdırılır.
Mediainfo.az
Digər xəbərlər





























































































