Qaradağ rayonunda mənzil yandı

Qaradağ rayonunda mənzil yandı

11 İyun 2011 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Qaradağ rayonunda yanğın hadisəsinin baş verdiyi mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin xilasediciləri və yanğınsöndürənləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, heç kimin olmadığı ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Əməliyyat saat 15:40-da başa çatmışdır. İlkin ehtimala görə, yanğına elektrik şəbəkəsində baş vermiş qısaqapanma səbəb olmuşdur.


Günel Həbib