SON DƏQİQƏ!!! Qazaxda atışma gedir!

SON DƏQİQƏ!!! Qazaxda atışma gedir!

2 Avqust 2014 14:13
Bəyəndim (0) Bəyənmədim (0)
Sakinlər evlərindən köçürülürlər

Qazax rayon Quşçu Ayrım kənd sakini Hacıyev Nurunun bu dəqiqələrdə musavat.com-a verdiyi məlumata görə sərhəddə atışma gedir. Nuru bəy bildirib ki, atışma səhər saatlarından başlayıb.

"Səhər tezdən atışma varıydı. Mən insanları rayon mərkəzinə gətirəndə dayanmışdı. Ancaq indi oğlum zəng edib bildirdi ki, tərəflər yenidən atışmaya başlayıblar".

O daha sonra qeyd edib ki, bu gün axşam saatlarına gözlənən güclü atışma səbəbiylə avqustun 2-də səhər-səhər insanlar rayon mərkəzinə - qohum evlərinə köçürülüblər.

"Kişilər kənddədir. Sadəcə yaşlılar, qadınlar və körpələrin bir qismi Quşçu Ayrım kəndindən çıxarılıb. Çıxmağa imkanı olmayanlarsa hələ də evlərindədirlər. Məzəm kəndindən isə kişiləri çıxmaqla demək olar, insanlar tamamilə çıxarılıb".

Qazax rayon mərkəzində yaşayan insanlar arasında bir məlumat da yayılmışdı ki, Quşçu Ayrım, Məzəm, Abbasbəyli kəndlərinə gediş-gəliş dayandırılıb. Müsahibimiz Nuru bəy bu xəbəri təkzib edib. Deyib ki, sadəcə jurnalistlər postdan buraxılmır. Nuru Hacıyev onu da bildirib ki, dünən Qazax rayon icra hakimiyyətinin rəsmiləri əraziyə baş çəkib cəbhədəki vəziyyətlə də maraqlanıblar.

Mediainfo.az