Şəhidlərin ailələrinə 11 min manat veriləcək

Şəhidlərin ailələrinə 11 min manat veriləcək

1 Avqust 2014 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan dövləti tərəfindən ötən gün cəbhədə şəhid olan 9 hərbçinin ailəsinə kompensasiya veriləcək. Bu barədə azvision.az-a Müdafiə Nazirliyindən bildirilib. Xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan hərbiçilərin ailələrinə 11 min manat məbləğində kompensasiya ödəniləcək.

MN-dən həmçinin qeyd edilib ki, şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir.
Qeyd edək ki, ötən gün cəbhə xəttində ordumuz 9 şəhid verib, 4 hərbçimiz isə yaralanıb.

Mediainfo.az