"Uçan ayı" 2 nəfəri öldürdü

"Uçan ayı" 2 nəfəri öldürdü

10 İyun 2011 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Quebek şəhərində bir maşın tərəfindən vurulan ayı uçaraq başqa bir maşının üzərinə düşüb. 25 yaşlı sürücü qadınla arxada oturan 40 yaşlı sərnişin elə hadisə yerindəcə keçinib. Qadının yanında oturan sevgilisi isə yüngül xəsarət alıb. Ayını vuran maşındakılar da yüngül xəsarətlə canlarını qurtara biliblər. Bu qəzada ayı da ölüb.

Ümumiyyətlə, Kanadanın şosse yollarında tez-tez canavar, tülkü, maral kimi heyvanlar görünür. Ancaq ayının yolda görünməsi ilk dəfə idi.

Öz aramızdır, həyatda da ayı kimi insanlar var. Yoxsa, təmsillər olmazdı.

Günel Həbib

O.M.