Hindistanın şimalında yağış insan tələfatına səbəb olub

Hindistanın şimalında yağış insan tələfatına səbəb olub

10 İyun 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Aramsız yağan leysan xarakterli yağışlar 8 iyun 2011-ci il tarixində Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatlarında daşqınlara səbəb olub. Güclü su axını Batote və Kiştvar yaşayış məntəqələrini birləşdirən dağlıq ərazidən keçən avtomobil yolunda bir neçə nəqliyyat vasitəsini və kiçik ticarət obyektlərini yuyaraq dərədə yerləşən gölə salıb. İlkin məlumata əsasən, nəticədə, 3 nəfər ölüb. Onlarla insan itkin düşmüş hesab olunur. Ərazidə axtarış-xilasetmə işləri aparılır. Avtomobil yolunun sıradan çıxması nəticəsində isə Doba və Kiştvar rayonları ətraf mühitdən təcrid olunub. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.

Vəziyyət əməlli-başlı əziyyət verib.

Günel Həbib

O.M.