Qazaxıstanda infeksion xəstəlik yayılıb

Qazaxıstanda infeksion xəstəlik yayılıb

10 İyun 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın cənubunda yerləşən Qızılorda vilayətində Konqo-Krım-Xəzər hemorragik qızdırması xəstəliyinin yayıldığı ehtimal edilir. Mənbəyə əsasən, 8 iyun 2011-ci il tarixində adıçəkilən xəstəliyin simptomları ilə 16 nəfər Kazalin rayonunda xəstəxanaya yerləşdirilib. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür. Araşdırma aparılır. Qeyd edək ki, Konqo-Krım-Xəzər hemorragik qızdırması dəridə və daxili orqanlarda intoksikasiya və qan sızması əlamətləri, həmçinin, qızdırma ilə təzahür edən kəskin infeksion xəstəlikdir. Xəstəliyin əsas yayıcıları gənələr hesab olunur.

Qızlorda vilayətinin camaatının kürkünə birə yox, gənə düşüb.

Günel Həbib

O.M.