Müdafiə sənayesi üçün AzTU-da yeni fakültə açılacaq

Müdafiə sənayesi üçün AzTU-da yeni fakültə açılacaq

9 İyun 2011 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlər Kabineti Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında qərar verib. Bu məqsədlə Azərbaycan Texniki Universitetində "Xüsusi texnika və texnologiya" fakültəsi və müvafiq kafedralar yaradılacaq.

Qərarda bildirilir ki, Təhsil Nazirliyi Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə "Xüsusi texnika və texnologiya" fakültəsində kadr hazırlığı aparılacaq ixtisaslar üzrə təkliflərini hazırlayıb, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə ixtisasların təsnifatına daxil edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Hər şey vətən üçün.

Tofiq Əliyev

O.M.