50 zəvvar yük maşınının altında qaldı

50 zəvvar yük maşınının altında qaldı

9 İyun 2011 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saat 02:30 radələrində Hindistanın Qucarat ştatının paytaxtı sayılan Ahmadabadın 35 kilometrliyində dəhşətli yol qəzası baş verib. Hadisə zamanı magistralla hərəkət edən yük maşını yol kənarında yatan zəvvarların üzərinə çıxıb. Qəza nəticəsində 20 nəfər ölüb, 30 nəfər isə xəsarət alaraq yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, Dxolka şəhəri ərazisindən keçən yol kənarında təqribən 250 nəfər gecələyibmiş. Onların hamısı müqəddəs hesab etdikləri bir müsəlmanın Baxdiya şəhərində yerləşən qəbrini piyada ziyarətə gedirlərmiş. Qeyd edək ki, hər il on minlərlə insan onun məzarını ziyarətə gedir. Yerli polisin məlumatına görə, həmin ərazidə mehmanxana olmadığından insanlar yol kənarında gecələmək məcburiyyətində qalıblar. İlkin məlumatlara görə, qəzaya səbəb yoldan keçən yük maşınının təkərinin deşilməsi olub. Məhz bundan sonra sürücü idarəetməni itirərək yol kənarında yatanların üstünə çıxıb.

Yol qırağında yatanlar birdəfəlik yuxuya getdilər.

Tofiq Əliyev

O.M.