Həkimlərin imtahanlarının nəticələri açıqlanıb

Həkimlərin imtahanlarının nəticələri açıqlanıb

9 İyun 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislərin sertifikasiya test imtahanlarının nəticələrini açıqlayıb. İyunun 8-də məhkəmə-tibbi ekspertiza və endokrinologiya ixtisasları üzrə imtahanlarda iştirak edən 50 həkimdən 5-i 100 bal toplayaraq ən yüksək nəticə göstərib. Ümumilikdə isə bütün həkimlər uğur qazanıblar. Laboratoriya işi ixtisası üzrə imtahanlar iyunun 22-də keçiriləcəkdir.

Qəribədir, əgər həkimlərin hamısı yüksək nəticə göstərəcəkdilərsə, imtahan nəyə lazım idi? İkinci sual, camaat niyə müalicə üçün İrana, Rusiya, Türkiyəyə üz tutur?

Könül Aypara

O.M.