
Nəhəng siçovullar iki uşağı yedilər
Afrikanın cənubunda yaşayan nəhəng siçovulların kenqurularda olduğu kimi qarın nahiyəsində kisələri vardır. Pişik boyda olan bu nəhəng siçovullar dünyanın ən böyük siçovullarıdır. Onlar iki balaca uşağı Cənubi Afrikada öldürüblər. Belə ki, 3 yaşlı Lunazi Duadva evdə, Keyptaun şəhərində valideynlərinin yanında yatarkən itib. Sonra uşağın bədəninin parçaları başqa bir yerdə tapılıb. Bu zaman başının yarısı və bədəninin xeyli hissəsi yeyilmiş olub. Hadisə yerində araşdırma aparan polis "cinayətkar"ın siçovullar olduğunu bildirib.
Soyuta şəhəri yaxınlığında da analoji hadisə baş verib. Belə ki, ötən ay 77 yaşlı Nomarhenba Coyi nəhəng siçovulların hücumuna məruz qalaraq, sifətinin sağ tərəfindən məhrum olub.
Adamlar bəzən yemək tapmasalar da, siçovulların yemi həmişə bol olur...
Həmid Axund
O.M.