Beləsi heç görünməmişdi

Beləsi heç görünməmişdi

8 İyun 2011 18:43
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə - Dolmabahçədə yol polisinin "dayan" işarəsinə uymayan sürücü Nail İ. ilk öncə qırmızı işıqdan keçdi. Daha sonra isə yol polisini vurub, maşının kapotunun üstünə atdı. Bu şəkildə tam-tamına 4 km yol qət edən sürücü tramvay yoluna çıxdı. Polisi də kapotunun üstündə sürükləyən Nail yalnız bir maşınla toqquşunca dayana bildi. Onun sərxoş olduğu keçirilən testdən sonra aydın oldu. O ki qaldı qurban polisə, kapotun üstündə ölümlə-qalım arasında mücadilə edən qanun keşikçisinin səhhətində problem olmadığı söylənilir.

Razılaşın ki, içki şüşədə daha estetik görünür...

Günel Həbib

O.M.