"Facebook" və "Twitter" demək yasaqlandı...

"Facebook" və "Twitter" demək yasaqlandı...

8 İyun 2011 14:16
Bəyəndim (0) Bəyənmədim (0)
Fransanın yeni qanunu qüvvəyə mindi

Bu dəfə maraqlı reklam qanunu Fransadan gəldi! Belə ki, bu ölkədə yeni bir reklam qanununa imza atılıb. Hansı ki, bu qanun sayəsində tv-də "Facebook" və " Twitter" demək qadağan olunub. Səlahiyyətlilər bu adların tv-də reklam xarakteri daşıdığı üçün bu addımı atmaq məcburiyyətində qaldıqlarını dilə gətiriblər. Özəlliklə tv-dən, "Bizi "Facebook"da izləyin" və ya " Twitter"də görüşənədək" kimi kəlmələri ağzından qaçıranlar cəzalandırılacaqlar.

Antireklam özü də bir reklamdır.

Günel Həbib

O.M.