Ali məktəblərin magistraturasına ixtisas seçimi başlayıb

Ali məktəblərin magistraturasına ixtisas seçimi başlayıb

8 İyun 2011 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin verdiyi məlumata görə, bu gündən başlayan ali məktəblərin magistraturasına ixtisas seçimində 8000-ə yaxın bakalavrın iştirak hüququ var. Bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. Proqram və ixtisaslaşmaları seçib təsdiq etmiş bakalavrlar iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

İxtisas seçərkən "çax-çux"u nəzərə alın.

Tofiq Əliyev

O.M.