400-dən çox hərbçimiz Türkiyədə kurslarda iştirak edib

400-dən çox hərbçimiz Türkiyədə kurslarda iştirak edib

30 May 2014 17:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Daxili Qoşunların 400 nəfərdən çox hərbi qulluqçusu 1997-2013-cü illər ərzində Türkiyə Jandarma Baş Komandanlığının və Silahlı Qüvvələrinin təlim-tədris mərkəzlərində kurslarda iştirak edib.

Daxili Qoşunlarının saytının verdiyi məlumata görə, Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında 1997-ci ilin 31 oktyabr tarixində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol"un imzalanması ilə Daxili Qoşunlarla Jandarma Baş Komandanlığı arasında qarşılıqlı hərbi əməkdaşlıq münasibətlərinin hüquqi əsası qoyulub. Müvafiq Protokola əsasən, Daxili Qoşunlarda təlim-tədris prosesinin təkmilləşdirilməsi və Qoşunların hərbi qulluqçularının Türkiyə Jandarma Baş Komandanlığında müxtəlif mövzularda təlim kurslarına göndərilmələri istiqamətlərində intensiv işlər aparılıb.

Mediainfo.az