Şabranda qəza, ölən var

Şabranda qəza, ölən var

30 May 2014 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. FHN saytının verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, yol qəzası Bakı-Quba yolunun 132-ci kilometrində qeydə alınıb.

Vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin və digər vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Mövlanverdiyev Rafiq Adıgözəl oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 12:22-də başa çatıb.

Mediainfo.az