
Sabah dəhşət isti olacaq
Mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
Mediainfo.az
Digər xəbərlər