Nazirliyə etiraz olaraq intihar etmək istədi

Nazirliyə etiraz olaraq intihar etmək istədi

30 May 2014 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd hadisəsi baş verib.

Aznews.az- ın məlumatına görəi, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb. Nazirlikdə vətəndaşların qəbulu zamanı 50 yaşlı kişi özünə bıçaqla xəsarət yetirib. O, qəbul otağında bıçaqla bud nahiyəsini doğrayıb. Yaralı dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.

Mərkəzdən hadisənin baş verməsi faktı təsdiqlənib. Bildirilib ki, xəstə - 53 yaşlı, əlil Rəsid Nəbiyev bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə klinikaya yerləşdirilib. Onun üzərində dərhal cərrahi əməliyyat aparılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, R. Nəbiyevin intihara cəhd etməsinə səbəb nazirliyin əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyinə etiraz etməsi olub: "O birinci qrup əlil idi. Təkrar komissiyada isə onun dərəcəsi azaldılaraq 3-cü dərəcə edildi. Əlil də buna etiraz edərək, özünə xəsarət yetirib.

Mediainfo.az