
15 nəfəri xilas edən azərbaycanlılar mükafatlandırıldılar
Mayın 22-də qaynar su ilə dolan avtomabildən insanları xilas edən 3 azərbaycanlı, Rəhimov qardaşları Rusiyanın Krasnoyarsk şəhərində qəhrəman elan ediliblər. Şəhər meri Edxam Akbulatov göstərdikləri qəhrəmanlıq və şücaətə görə, Rəhimov qardaşları ilə görüşüb və valideynlərinə belə övlad tərbiyə etdiklərinə görə təşəkkürünü bildirib.
"Onlar yeganə şəxs olublar ki, hadisə zamanı qəhrəmanlıq göstərərək insanlara yardım ediblər. Bəziləri kimi hadisəni müşahidə edərək mobil telefonun kamerasına çəkməyiblər".
Rusiyanın Krasnoyarsk şəhərində üç azərbaycanlı qardaş qəhrəmanlıq göstərərək 15 nəfəri ölümdən və ağır yanıq xəsarətləri almaqdan xilas ediblər. Beləki, mayın 22-də səhər saatlarında sərnişin dolu avtomobil keçdiyi ərazidə yolunun altı ilə keçən su borusu partlayıb. Bu zaman boruda olan qaynar su sərnişin avtobusunun içinə dolub. Avtobusun sürücüsü hadisə yerindən qaçıb. Sərnişinlər isə qapıları bağlı olan avtobusun içində köməksiz vəziyyətdə qalıblar. Yüksək təzyiqlə fontan vuran qaynar su avtobusun içinə dolub. Bu zaman Azərbaycan vətəndaşları olan Rəhimov qardaşları avtobusun şüşələrini qıraraq sərnişinlərin çıxmasına kömək ediblər. Hadisə şahidlərinin verdiyi məlumata görə, Rəhimov qardaşlarından başqa ətrafda olan insanlardan heç kəs onlara kömək etməyə cəhd göstərməyib./ans/
Mediainfo.az