Səfir avtoqəzada ölüb - FOTO
Livanın Cənubi Koreyadakı səfiri avtomobil qəzasında ölüb. Apa-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla 12:08-də Cənubi Koreyanın paytaxtı Seul şəhərinin mərkəzində baş verib.
Livanın Cənubi Koreyadakı səfiri Cad Səid əl-Həsənin içərisində olduğu avtomobil digər bir avtomobillə toqquşub. Nəticədə ağır xəsarət alan livanlı diplomat xəstəxanaya qaldırılarkən yolda keçinib. Digər iki sərnişin isə xəstəxanaya aparılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Mediainfo.az
Digər xəbərlər