Allahşükür Paşazadə Milli Onkologiya Mərkəzinin Uşaq klinikasında olub
Bu gün 1 iyun-Uşaq Günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Milli Onkologiya Mərkəzinin Uşaq klinikasında olub. A.Paşazadə Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevlə birlikdə xəstəxanada müalicə edilən uşaqlara baş çəkib, onlara şəfa arzulayıb və hədiyyələr təqdim edib. Sonra QMİ adından onkoloji xəstəlikdən əziyyət çəkən 63 uşağın müalicəsi üçün zəruri ləvazimatlar və preparatlar xəstəxanaya təqdim edilib. A.Paşazadə bu addımı ilə bir nümunə göstərməyə çalışdıqlarını bildirib.
Mediainfo.az
Digər xəbərlər