Əsgər xəstəlikdən dünyasını dəyişdi

Əsgər xəstəlikdən dünyasını dəyişdi

29 May 2014 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili Qoşunların "N" saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu xəstəlikdən dünyasını dəyişib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün əsgər S. Məmmədov hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitala daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S. Məmmədov bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Musavat.com-un şərhi: Hemorragik vaskulit xəstəliyi çox rast gələn xəstəliklərdəndir, damar divarının keçirici qabiliyyətinin artması ilə əlaqədardır. Yəni qanın tərkibi tərəfindən heç bir dəyişiklik müşahidə edilmir. Xəstəlik əsasən uşaq vaxtı təsadüf edilir. İrsi deyil. Əsasən yaz və payız aylarında təsadüf olunur. Xəstəliyin aşağıdakı formaları var: Dəri sindromu, oynaq sindromu, abdominal sindrom. Bu formalar ayrı – ayrılıqda və ya birlikdə təsadüf oluna bilər.

Tibbi rəydən göründüyü kimi, bu qəfil yaranan xəstəlik deyil, buna uşaq vaxtı yoluxurlar. Demək, mərhum əsgəri xəstə ola-ola hərbi xidmətə gətiriblər.

Mediainfo.az