Əbdül Əbilova hökm oxundu

Əbdül Əbilova hökm oxundu

27 May 2014 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqçu Əbdül Əbilova hökm oxunub

"Mediainfo.az" xəbər verir ki, "Facebook"da "Yaltaqlara dur deyək" səhifəsinin idarəçisi olan Əbdül Əbilova hakim 5 il 6 ay həbs cəzası verib.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasında saxlanan Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. O, narkotik alverində ittiham olunur. Ailəsi onun "Facebook"dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov "Facebook"da "Yaltaqlara dur deyək" səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.