
Əfv sərəncamının icrası başa çatıb
Mayın 26-da prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrası başa çatıb. Əfv sərəncamı Penitensiar Xidmətin bütün müəssisələrində icra edilib.
Sərəncam ümumilikdə 175 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 11 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil olunub.
Mediainfo.az
Digər xəbərlər