Sürücülərin nəzərinə: bu yol on günlük təmirə bağlandı!
Bu gün Bakının Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissə artıq bağlanıb.
Hazırda ərazidə kommunikasiya xətlərinin qazılmış xəndəklərində kipləşdirmə işləri aparılır. Kommunikasiya quyularının dəmir-beton piltələri dəyişdirilir. Bundan sonra isə frezlənmə üsulu ilə köhnə asfalt-beton örtüyü qaşınacaq və yeni asfalt-beton örtüyü salınacaq. Qeyd edək ki, bütün bu işlər 10 gün davam edəcək.
Mediainfo.az
Digər xəbərlər