Suriyada öldürülən azərbaycanlının kimliyi bilindi

Suriyada öldürülən azərbaycanlının kimliyi bilindi

26 May 2014 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Hökumət Əfqanıstanda koalisiya qüvvələrinə qarşı da döyüşmüş əmirin başına pul qoyubmuş

Suriyada öldürülən azərbaycanlının şəxsiyyəti müəyyənləşib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində Suriyanın Hələb şəhəri yaxınlığında öldürüldüyü barədə məlumat yayılan azərbaycanlının Sumqayıt sakini Elməddin Quliyev olduğu müəyyən edilib. E. Quliyev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

O, Suriyada vəziyyət gərginləşəndən sonra bu ölkəyə gedərək İraq Şam İslam Dövləti qruplaşmasına qoşularaq hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb.

Apa-nın Suriyada vuruşan azərbaycanlılardan əldə etdiyi məlumata görə, E. Quliyev əvvəllər Əfqanıstanda koalisiya qüvvələrinə qarşı davuruşub. Suriyada vəziyyət gərginləşəndən sonra isə bu ölkəyə gedib. Uzun müddət Suriyanın Xüms şəhərində vuruşan döyüşçülərin əmiri olub. Xüms şəhəri ətrafında gedən döyüşlərdə E. Quliyevin hökumət qüvvələrinə məxsus qırıcı təyyarəni vurduğu bildirilir. Məhz buna görə hökumət qüvvələri onun başına pul qoyubmuş.

E. Quliyev alman və ingilis dillərini mükəmməl bilirmiş.

Mediainfo.az