Mayın 28-də Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Mayın 28-də Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

26 May 2014 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Şəhər İcra Hakimiyyəti bütün Bakı sakinlərini və şəhərin qonaqlarını bayram konsertinə dəvət edir

Bakı Şəhər İcra Hakimiyyəti 28 May - Respublika Günü münasibətilə paytaxtda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil edəcək.
İcra Hakimiyyətindən mətbuata verilən məlumata görə, mayın 28-də Dənizkənarı Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert saat 21:00-da başlayacaq və 23:00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Şəhər İcra Hakimiyyəti bütün Bakı sakinlərini və şəhərin qonaqlarını bayram konsertinə dəvət edir.

Mediainfo.az